“Şalke” müdafiəçi ilə “nikah təzələdi”
10.02.2016 - 23:12
“Şalke” müdafiəçi ilə “nikah təzələdi”

Bundesliqa klublarından "Şalke" müdafiəçisi Benedikt Hövedeslə “nikah təzələyib”. Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi ilə yeni anlaşma əldə olunub.

 

Hazırda davam edən müqavilənin müddəti 2019-cu ilə qədər uzadılıb.

 

Xatırladaq ki, Almaniya millisində də çıxış edən Hövedes 2007-ci ildən "Şalke"də çıxış edir. 

0