“Azərbaycanda ilin ən yaxşı futbolçusu seçilsə də…” - İvan Bandalovski
11.02.2016 - 13:45
“Azərbaycanda ilin ən yaxşı futbolçusu seçilsə də…” - İvan Bandalovski

“Nikolov yaxşı futbolçu idi. Amma hər adam “Partizan”da oynaya bilmir”. Apasport.az saytı xəbər verir ki, bunu Bolqarıstan yığmasının üzvü İvan Bandalovski deyib.

 

Serbiyanın “Partizan” klubunda çıxış edən 30 yaşlı müdafiəçi həmyerlisi, vaxtilə Azərbaycan çempionatında çıxış etmiş Asen Nikolov haqda danışıb.

 

O, ölkəsinin mətbuatına açıqlamasında Nikolovun Azərbaycanda özünü yaxşı tərəfdən göstərdiyini desə də, “Partizan”dakı karyerasının uğursuz alındığını bildirib: “Məndən öncə bolqar futbolçulardan Nikolovun “Partizan”da çıxış etməsi doğrudu. O, Belqrad klubuna keçməmişdən öncə Azərbaycan çempionatında oynayırdı. Orda ilin ən yaxşı futbolçusu seçilsə də, Serbiyada heç nə edə bilmədi. Bayaq dediyim kimi, hər futbolçu “Partizan”da oynaya bilmir”.

 

Qeyd edək ki, Azərbaycanda “Turan”, “Bakı” və “Qəbələ” klublarının formasını geyinmiş Asen Nikolov 2006-2007 mövsümündə “Partizan”ın heyətində cəmi 2 oyun keçirib. 

0