“Azərbaycan yığmasına öz oyununu göstərmək imkanı vermədik” - FOTO
11.02.2016 - 14:20
“Azərbaycan yığmasına öz oyununu göstərmək imkanı vermədik” - FOTO

“Avropa çempionatının yarımfinalında oynayacağımız üçün özümü xoşbəxt hiss edirəm. Azərbaycanla 1/4 final görüşündə, doğrudan da, yaxşı oyun sərgilədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının futzalçısı Vladislav Şayaxmetov deyib.

 

Avropa çempionatında bu gün Serbiya ilə yarımfinal görüşünə çıxacaq rusların müdafiəçisi matçdan öncə serb mətbuatına müsahibə verib.

 

Azərbaycana qalib gəldikləri oyun (6:2) haqda da danışan Şayaxmetov millimizin zəif komanda olmadığını bildirib: “Azərbaycan yığmasının bizimlə görüşdə pis oynadığını deyə bilmərəm. Sadəcə, onlardan üstün oyun sərgilədiyimizi düşünürəm. Çox inamlı təsir bağışladıq və bunun hesabına Azərbaycana öz oyununu göstərmək imkanı vermədik”.

 

35 yaşlı futzalçı Serbiya ilə keçiriləcəkləri yarımfinal matçı haqda da fikirlərini bölüşüb: “

“Serbiya çox güclü komandadı, nizam-intizamı yüksəkdi. Rəqibin spesifik oyun tərzi var. Bilirəm ki, onlarla görüşdə arenada möhtəşəm atmosfer olacaq. Az səhv edən komanda finala adlayacaq. Serbiyanın ev sahibi olması bizi qorxutmur. Elə oyunlar olub ki, 16 min azarkeşin təzyiqi altında çıxış etmişik”.

 

 

0