[b]Rövnəq Abdullayev Bakı və London Stadionlarını müqayisə etdi[/b]
11.02.2016 - 16:15
[b]Rövnəq Abdullayev Bakı və London Stadionlarını müqayisə etdi[/b]

"Bakı Olimpiya Stadionunun tikintisi bizə çox ucuz başa gəlib". Apasport.az saytının məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.

 

Bakı Olimpiya Stadionu haqda danışan Abdullayev maraqlı fikirlər səsləndirib.

 

O, Bakı və London Olimpiya Stadionlarını müqayisə edib. Abdullayevin sözlərinə görə, Bakıdakı stadionun tikilişinə daha az pul xərclənib: “Bilirsiniz ki, Bakı Olimpiya Stadionu dünyanın ən tez tikilən arenasıdı. 2015-ci ilin ən gözəl stadionu seçilib. Qiyməti digər stadionlarla müqayisədə 40%-dək ucuz başa gəlir. London Olimpiya Stadionundan keyfiyyət baxımdan qat-qat üstündü, lakin qiyməti dəfələrlə aşağıdı".

 

Qeyd edək ki, futbol üzrə Azərbaycan yığması ev oyunlarını məhz Bakı Olimpiya Stadionunda keçirir. Bu vaxta qədər həmin arenada 2 görüş keçirən millimiz İtaliyaya məğlub olub (1:3), Moldovaya isə qalib gəlib (2:1). 

0