[b]“Şaxtyor” üçün maraqlı variant - Roman Qriqorçuk! [/b]
11.02.2016 - 16:32
[b]“Şaxtyor” üçün maraqlı variant - Roman Qriqorçuk!  [/b]

Donetsk “Şaxtyor”u gələn mövsüm üçün baş məşqçi axtarışlarına başlayıb. Apasport.az-ın Ukraynanın “m.ua.tribuna.com” saytına istinadən məlumatına görə, yayda komandadan ayrılacaq hazırkı çalışdırıcı Mirça Luçeskunun yerinə artıq 5 namizəd var.

 

Maraqlıdı ki, namizədlər arasında “Qəbələ”nın baş məşqçisi Roman Qriqorçukun adı da hallanıb. Onunla yanaşı, Miron Markeviç, Yuri Vernidub, Razvan Luçesku və Dario Srnanın da UEFA Kubokunun qalibinin “sükanı arxası”na keçmək ehtimalının olduğu qeyd edilib.

 

Ukraynalılar namizəd məşqçilərlə bağlı dəyərləndirmə də aparıblar. Həmkarlarımız Markeviçi sadə, Vernidubu optimal, Luçeskunu doğma, Srnanı davamçı, Qriqorçuku isə maraqlı variant kimi qələmə veriblər.

 

Qriqorçuku iddialı mütəxəssis sayan yerli KİV onu Vernidubdan daha təcrübəli hesab edir. Hətta onun “Qəbələ” və bundan öncəki klubu “Çernomorets”dəki oyun üslubu da “Şaxtyor”a bənzədilir: “Lakin “Şaxtyor” avrokuboklarda daha böyük iddiası olan komandadı. “Çernomorets”də o, əsasən qısa ötürmələrə üstünlük verirdi. Lakin çətin vəziyyətlərdə oyunçular xarakter nümayiş etdirə bilirdilər. Əgər Qriqorçuk “Şaxtyor”un “sükanı arxası”na gəlsə, rəhbərlik daha yüksək səviyyəli oyunçular transfer edəcək”.

 

Qeyd edək ki, Roman Qriqorçuk bir müddət əvvəl Ukrayna yığmasının da baş məşqçisi postuna namizəd göstərilirdi.

0