[b]Azərbaycan yığması və potensial rəqibləri: 16 oyun, 6 qələbə[/b]
11.02.2016 - 16:52
[b]Azərbaycan yığması və potensial rəqibləri: 16 oyun, 6 qələbə[/b]

Futzal üzrə Azərbaycan millisi DÇ-2016-nın pley-off mərhələsindəki mümkün rəqiblərinin hamısı ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, sabah Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq püşkatmada yığmamız ikinci səbətdəki 6 komandadan biri ilə üz-üzə düşəcək.

 

Potensial rəqiblərimizdən Slovakiya ilə daha çox – 4 rəsmi matçda üz-üzə gəlmişik. Bunlardan ikisi seçmə, ikisi pley-off matçıdı. Millimiz bu rəqiblə görüşlərdə 2 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə uduzub.

 

Hollandiya və Serbiyanın hərəsi ilə 3 dəfə görüşən futzalçılarımız bu görüşlərdə hər rəqibdən 1 xal əldə edib. Polşa ilə baş tutan 3 oyunda isə millimiz üstündü: 2 qələbə, 1 məğlubiyyət.

 

Macarıstanla 2 dəfə yolları kəsişən komandamız seçmə mərhələdə qalib heç-heçə edib, final mərhələsində isə qalib gəlib. Potensial rəqiblərindən yalnız Sloveniya ilə cəmi 1 dəfə qarşılaşan millimiz yeganə rəsmi matçda qələbə əldə edib.

 

Ümumilikdə isə yığmamız 6 mümkün rəqibindən dördü ilə matçlarda müsbət balansa malikdi. Serbiya və Hollandiya millimizdən üstün olsa da, “narıncılar”ın qələbələri yığmamızın iddialı olmadığı dövrlərə təsadüf edib. Elə serbiyalılarla 3 oyundan ikisi də həmin vaxt baş tutub. Bu qarşılaşmalarda 6 qələbə qazanıb, 6 dəfə uduzan komandamız 4 dəfə bərabərliklə kifayətlənib.

 

Macarıstan

AVRO-2001 – 2:2

AVRO-2010 – 3:1*

Serbiya

AVRO-2005 – 1:2

AVRO-2007 – 5:5

AVRO-2012- 8:9

Hollandiya

AVRO-1996 – 1:3

AVRO-2001- 2:4

AVRO-2007 – 4:4

Sloveniya

AVRO-2014 – 7:6*

Polşa

AVRO-1996 – 6:4

DÇ-1996 – 1:6

AVRO-2010 – 4:3

Slovakiya

AVRO-1996 – 1:3

AVRO-2014 – 2:1

AVRO-2016 – 3:1, 1:1**

 

* - final mərhələsi

** - pley-off

 

 

0