[b]“Braziliyalılara Rusiya və Azərbaycan yığmasının formasını geyindirməsələr...”[/b]
11.02.2016 - 17:45
[b]“Braziliyalılara Rusiya və Azərbaycan yığmasının formasını geyindirməsələr...”[/b]

“Rusiya – Azərbaycan matçında meydanda 8 milliləşdirilmiş braziliyalı futzalçı var idi. 4-ü Rusiyanın, digər 4-ü isə Azərbaycanın heyətində. Bu, idmana faydalı yox, zərərlidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri rusiyalı mütəxəssis İvan Vostrikov deyib.

 

Çimərlik futbolu üzrə Rusiya yığmasının üzvü ölkəsinin mətbuatına açıqlamasında maraqlı fikirlər səsləndirib.

 

O, millimizin Avropa çempionatı çərçivəsində ruslarla keçirdiyi futzal matçına toxunaraq, hər iki komandada əcnəbilərin oynamasını tənqid edib: “Həmin braziliyalılara Rusiya və Azərbaycan yığmasının formasını geyindirməsələr, meydana hansı komandanın çıxdığını anlamaq olmaz”.

 

Vostrikov oyun mənasında isə Rusiyanın Azərbaycan yığmasından üstün olduğunu vurğulayıb: “Xorvatlarla görüşdə komanda özünə inanmırdı. Azərbaycanla matça isə yaxşı köklənmişdilər. İlk dəqiqələrdən qələbə qazanacağımıza şübhəm qalmamışdı. Çünki Rusiya yığması matçın əvvəlindən üstünlüyü ələ keçirmişdi”.

 

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında mübarizəni ¼ finalda dayandırdığı halda, ruslar bu gün ev sahibi Serbiya ilə yarımfinal görüşünə çıxacaqlar.

 

0