Azar “Real”a "düşmək istəyir"
11.02.2016 - 18:32
Azar “Real”a "düşmək istəyir"

“Çelsi”nin aparıcı futbolçusu Eden Azar PSJ-nin maraq dairəsinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, belçikalı oyunçu Fransaya köçməkdən imtina edib.

 

Azarın bu fikrə düşməsi heç də ona təklif edilən məbləğlə bağlı deyil. Sadəcə, yarımmüdafiəçi mövsümün sonunda “Real”a keçmək arzusundadı. “Kral klubu”nun baş məşqçisi Zinəddin Zidanın gündəmində olan Azar yayda İspaniyaya köçməkdə israrlıdı.

 

Əgər “Çelsi” onu satmaqdan imtina etsə, 25 yaşlı futbolçu o zaman başqa bir kluba keçməyəcək, karyerasını elə London klubunda davam etdirəcək.

 

Qeyd edək ki, Eden Azar “Çelsi”yə 2012-ci ildə “Lill”dən keçib.

0