Hamı Çinə gedir, o, geri qayıdır
11.02.2016 - 21:38
Hamı Çinə gedir, o, geri qayıdır

Braziliyalı futbolçu Robinyo karyerasını yenidən vətənində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, hücumçunun Çindəki günləri uzun çəkməyib.

 

“Real”, “Mançester Siti” və “Milan”ın keçmiş hücumçusu bu dəfə “Atletik Mineyro”nun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, dövrə arasında bir çox futbolçunun Çinə üz tutmasının əksinə olaraq, uzaq şərqdən imtina edən 29 yaşlı oyunçu 2015-ci ildə transfer olduğu və həmyerlisi Luis Felipe Skolarinin çalışdırdığı “Quançjou Everqrand”ın heyətində 10 oyunda meydana çıxıb və 3 dəfə fərqlənib.

0