Bundesliqa klubunda 28 yaşlı baş məşqçi
11.02.2016 - 21:55
Bundesliqa klubunda 28 yaşlı baş məşqçi

Almaniya Bundesliqası tarixində ən gənc baş məşqçinin təyinatı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, “Hoffenhaym” klubu 28 yaşlı məşqçi Yulian Naqelsmanla müqavilə imzalayıb.

 

Bu barədə klub özü xəbər yayıb.

 

Bildirilib ki, gənc çalışdırıcı hələ Almaniya Futbol Federasiyasındakı təlimini başa vurmamışdı. Onun yayda vəzifə başına keçəcəyi gözlənilirdi.

 

Ancaq eks baş məşqçi Martin Qizdoldan sonra boş qalan vəzifəni müvəqqəti icra edən Hub Stevensin də səhhətinə görə istefaya getməsindən sonra Naqelsmanın təyinatının rəsmiləşməsi qabağa çəkilib.

 

Tərəflər arasında 2019-cu ilə kimi anlaşma imzalanıb.

0