“Çelsi”nin gənc futbolçusu Antalyada itdi
12.02.2016 - 00:02
“Çelsi”nin gənc futbolçusu Antalyada itdi

“Çelsi”nin gənc futbolçusu İslam Feruz maraqlı və kuryoz hadisənin qəhrəmanı olub. Apasport.az saytının məlumatına görə, bir mövsüm Şotlandiyanın “Hibernian” klubunda oynadıqdan sonra yenidən “zadəgan”lara dönən gənc oyunçu “Aktobe”də baxışda olub.

 

Hadisə də Qazaxıstan klubunun Antalyadakı təlim-məşq toplanışında baş verib. Belə ki, qazaxların heyətində baxışda olan Feruz birdən-birə yoxa çıxıb.

 

Otelin ətrafında itən oyunçudan 24 saat məlumat almaq mümkün olmayıb. Daha sonra isə səsi Londondan gələn oyunçunun “Çelsi”yə qayıtdığı bəlli olub.

 

Ancaq onun karyerası bu dəfə də “mavilərlər”lə bağlı olmayacaq. Belə ki, idman formasında da ciddi eniş hiss olunan cən oyunçu bu dəfə də BƏƏ-nin “Əl Əhli” klubunda çıxış edəcək.

0