[b]“Domjale” Avropaya yolumun açılması üçün yeni addımdı" - Samir Məsimov[/b]
12.02.2016 - 10:00
[b]“Domjale” Avropaya yolumun açılması üçün yeni addımdı" - Samir Məsimov[/b]

“Domjale” kimi bir kluba keçdiyim üçün çox şadam. Bu komanda həmişə yüksək yerlər uğrunda mübarizə aparır”. Bu sözləri apasport.az saytına açıqlamasında Sloveniya təmsilçisi “Domjale”nin yeni transferi Samir Məsimov deyib.

 

2014-cü ilin yanvarında Moskva “Lokomotiv”indən “Neftçi”yə keçən 21 yaşlı yarımmüdafiəçi yenidən legioner həyatı yaşayacaq. “Neftçi” bir neçə gün əvvəl Məsimovla müqaviləni qarşılıqlı razılıqla ləğv edərək, onun “Domjale”yə keçidinə şərait yaratmışdı. Azərbaycanı ölkə xaricində təmsil edəcək gənc futbolçu Sloveniya klubu ilə 3 illik müqaviləyə imza atıb.

 

Samir yenicə keçməsinə baxmayaraq, komandada ona qarşı xoş münasibət olduğunu söyləyib: “Burdakı ab-hava çox xoşuma gəlir. Məşqçilər korpusu və komanda yoldaşlarım məni isti qarşıladılar. Komandanın məşq prosesi də ürəyimcədi”.

 

Məsimov “Domjale”yə keçidi gələcək karyerası üçün bir tramplin hesab etdiyini vurğulayıb: “Ümid edirəm ki, “Domjale” Avropaya yolumun açılması üçün yeni atılmış addımdı. Bu komandanın peşəkar futbolçu kimi inkişafıma təkan verəcəyinə inanıram”.

 

Qeyd edək ki, “Domjale” Sloveniya çempionatında 22 turdan sonra 3-cü pillədə qərarlaşıb.

 

0