[b]Baş məşqçi axtaran Türkiyə klubunun prezidenti Azərbaycana gəldi[/b]
12.02.2016 - 10:17
[b]Baş məşqçi axtaran Türkiyə klubunun prezidenti Azərbaycana gəldi[/b]

Türkiyə klubu “Göztəpə” baş məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının qardaş ölkə mətbuatına istinadən məlumatına görə, Mətin Diyadinlə yollarını ayıran PTT I liqa təmsilçisi bir neçə namizədi nəzərdən keçirir.

 

Sabiq “Qarabağ”lı Leroy Corcun komandası üçün ən real namizəd Okan Burukdu. Klub prezidenti Mehmet Sepil bu posta Ərsun Yanalı gətirməyə çalışsa da, təcrübəli mütəxəssis ona “yox” cavabı verib.

 

Yerli mətbuatın yazdığına görə, Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin məsləhətindən sonra Burukla danışıqlara başlayan klub prezidenti hazırda Azərbaycandadı. İşlərini həll etdikdən sonra ölkəsinə dönəcək Sepil dərhal baş məşqçi məsələsini yoluna qoyacaq.

 

Klub prezidentinin siyahısındakı digər namizədlər Bülənt Qorxmaz, Öndər Özən, Uğur Tütünəkər, Ümit Davala, Ərtuğrul Sağlam və Tayfur Havutçudu.

 

Qeyd edək ki, “Göztəpə” PTT I liqasının 20 turundan sonra turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

 

0