[b]“Məqsədimiz sonadək döyüşməkdi” - Ziya Rəcəbov[/b]
12.02.2016 - 10:06
[b]“Məqsədimiz sonadək döyüşməkdi” - Ziya Rəcəbov[/b]

“Komandamın çıxışından razı qaldım. Voleybolçularımız verilən tapşırıqların öhdəsindən lazımınca gəldilər”. Bunu apasport.az saytına açıqlamasında “Azəryol”un baş məşqçisi Ziya Rəcəbov deyib.

 

Gənc çalışdırıcı CEV kubokunun “Çelenc raund”unda “Novara” (İtaliya) ilə ilk matçı şərh edib. Rəcəbov bildirib ki, 3:1 hesablı qələbə yetirmələrində heç bir arxayınçılıq yaratmamalıdı: “İtaliya voleybolu daima öndə olub. Lakin komandamız hazırda əla formada olduğundan onlar üzərində layiqli qələbə qazandıq. İlk 2 seti çox möhtəşəm keçirdik. Üçüncü hissədə də qalib gəlməyə yaxın idik. Lakin bəzi səhvlərimiz rəqibin işinə yaradı. Buna baxmayaraq, dördüncü hissədə yenidən təşəbbüsü ələ alaraq, azarkeşlərimizi sevindirməyə davam etdik. Məqsədimiz bu uğuru davam etdirmək, sonadək döyüşməkdi”.

 

Rəcəbov fevralın 23-də İtaliyada baş tutacaq qarşılaşmada da qələbə haqda fikirləşdiklərini açıqlayıb. Onun sözlərinə görə, “Qızıl set” planlarına daxil deyil: “Təbii ki, əsas məqsədimiz qalib gəlməkdi. Ancaq bizi səfərdə 2 set də qane edəcək. İnanıram ki, Bakıdakı kimi uğurlu çıxış edib, istəyimizi reallaşdıracağıq. “Qızıl set” haqda heç fikirləşmirik. Çünki rəqib evdə oynadığından startdaca müqavimət göstərməyə çalışacağıq”.

0