[b]“Azəryol” qalibiyyətə bizdən çox layiq idi” - Aurea Kruz[/b]
12.02.2016 - 10:53
[b]“Azəryol” qalibiyyətə bizdən çox layiq idi” - Aurea Kruz[/b]

“Azəryol”u təbrik edirəm. Onlar, doğrudan da, yaxşı oyun göstərdilər. “Azəryol” qalibiyyətə bizdən çox layiq idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Novara”nın voleybolçusu Aurea Kruz deyib.

 

2012-2015-ci illərdə “Rabitə”nin şərəfini qorumuş, bu komanda ilə 3 dəfə Azərbaycan çempionatının qalibi və Çempionlar Liqasının finalında oynamış Puerto-Rika yığmasının hücumçusu bu dəfə Bakıya rəqib kimi gəlib.

 

İtaliya klubunun heyətində yer alan Kruz bildirib ki, CEV kubokunun “Çelenc raund” mərhələsinin ilk oyununda 1:3 hesabı ilə uduzsalar da, evdə bu məğlubiyyətin əvəzini çıxıb, görüşü “Qızıl set”ə daşımağa çalışacaqlar: “Bakıda yaxşı oyun göstərdiyimizi düşünürəm. Halbuki heyətlə bağlı problemlərimiz var idi. Bir neçə oyunçumuz zədəli olduğundan, bu matçda iştirak edə bilmədi. Əgər yarımfinala çıxmağı, həqiqətən, istəyiriksə, artıq öz meydanımızda keçiriləcək cavab görüşü barədə düşünməli və həmin matça köklənməliyik”.

 

Qeyd edək ki, komandalar arasındakı ikinci oyun fevralın 23-də baş tutacaq.  

 

 

 

 

 

 

 

 

0