[b]Fabio Kannavaro qovuldu[/b]
12.02.2016 - 11:11
[b]Fabio Kannavaro qovuldu[/b]

İtaliya futbolunun tanınmış siması Fabio Kannavaronun məşqçilikdə işləri yolunda getmir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 43 yaşlı mütəxəssis iş yerindən də qovulub.

 

Belə ki, ötən ilin oktyabr ayında Səudiyyə Ərəbistanı klubu “Əl-Nasr”ın “sükanı arxası”na keçən Kannavaronun burdakı fəaliyyəti cəmi 4 ay çəkib. Komandanın uğursuz çıxışı rəhbərliyi gənc mütəxəssislə yolları ayırmağa vadar edib. Bununla da Kannavaronun Çin klubu “Quanqjou Everqrand”dan sonra daha bir komandada işi uğursuz alınıb.

 

Qeyd edək ki, “Əl-Nasr” Səudiyyə Ərəbistanı çempionatında 16 turdan sonra 6-cı pillədə qərarlaşır.

0