[b]Samir Məsimovun “Botev”ə qarşı oynamamasının səbəbi məlum oldu[/b]
12.02.2016 - 11:21
[b]Samir Məsimovun “Botev”ə qarşı oynamamasının səbəbi məlum oldu[/b]

Antalyada təlim-məşq toplanışında olan Samir Məsimovun yeni komandası “Domjale” növbəti yoxlama matçına çıxıb. Apasport.az saytı xəbər verir ki, Sloveniya klubu Bolqarıstan təmsilçisi “Botev”lə qarşılaşıb.

 

Qolsuz bərabərliklə başa çatan görüşdə həmyerlimizlə yanaşı, komandanın əksər aparıcı oyunçuları iştirak etməyib. Klubdan apasport.az saytına verilən məlumata görə, baş məşqçi Luka Elsner bu oyunda əsas heyət üzvlərinə istirahət vermək qərarına gəlib. Gənc mütəxəssis komandaya yeni qoşulmuş Samiri üç gün ərzində 2 oyuna çıxarmağın riskli olduğunu düşünüb və aparıcı oyunçular kimi, onu da zədədən qorumaq üçün meydana buraxmayıb.

 

Qeyd edək ki, Sloveniyada qış fasiləsi fevralın sonlarında başa çatacaq. “Domjale” yeni ildə ilk rəsmi matçını çempionatın XXIII turu çərçivəsində ayın 28-də “Krka”ya qarşı keçirəcək.

0