[b]Prinsipiallığını itirən “Böyük oyun”, 1200-cü qol...[/b]
12.02.2016 - 11:45
[b]Prinsipiallığını itirən “Böyük oyun”, 1200-cü qol...[/b]

Sabah Topaz Premyer Liqasında XXI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun qarşılaşmaları 3 gün ərzində baş tutacaq.

 

Həftənin ilk görüşü “AZAL Arena”da keçiriləcək. Paytaxt derbisində “təyyarəçilər”lə “İnter” qarşılaşacaq. Ötən tur məğlub olan bakılıların duelində hər iki komanda üçün qələbə vacibdi. Mövsümün ilk yarısında rəqibinə xal və qol vurmaq sevinci bəxş etməyən, lakin 2016-cı ildə məğlubiyyətləri sıralayan “bankirlər” mükafatlar uğrunda mübarizədən qopmamaq üçün qalib gəlməlidi. AZAL üçün xal itkisi avrokuboklara vəsiqə ümidinin azalması ilə nəticələnəcək.

 

Günün mərkəzi qarşılaşması 8-ci km qəsəbə stadionunda baş tutacaq. Bir neçə il əvvələ kimi turun deyil, dövrənin bəzəyi olan “Böyük oyun” əvvəlki prinsipiallığını və turnir cədvəli baxımından ciddi önəmini saxlamasa da, azarkeşlərin diqqəti “Neftçi” ilə “Xəzər Lənkəran”ın matçına yönələcək. Cari mövsüm böyük iddiaları olmayan sonuncular mükafat arzusunda olan “ağ-qaralar”a növbəti zərbəni vurmağa çalışacaqlar. 9 turdu qol vura bilməyib, qələbə qazanmayan “Xəzər Lənkəran” I dövrədə xal qazandığı məkanda uğursuz seriyaları dayandırmaq əzmindədi.

 

40-cı dəfə baş tutacaq “Böyük oyun” “Neftçi”də debütünü gözləyən Elşən Rzazadənin sabiq komandasına qarşı ilk matçı kimi əlamətdar ola bilər. Qış fasiləsində əks düşərgəyə keçən gənc oyunçu meydana çıxsa, “Böyük oyun”larda hər iki komandada çıxış etmiş futbolçulara qoşulacaq. “Neftçi” bu matçda məhsuldarlıq nümayiş etdirsə, ölkə çempionatlarında 1200-cü qolunu vuracaq. Bunun üçün “ağ-qaralar”a sabah 3 dəfə fərqlənmək lazımdı.

 

Turnir cədvəli baxımından turun mərkəzi oyunu Gəncədə keçiriləcək. Burada ilk “üçlük”də qərarlaşan “Kəpəz”lə “Qarabağ” münasibətlərini aydınlaşdıracaq. 7 turdu uduzmayan qərblilər 2016-cı ildəki qələbə seriyasını davam etdirməyə çalışacaq. Mövsümün ilk yarısında rəqibinə hər oyunda 3 qol vurub, 3 xal qazanan ağdamlılar isə izləyiciləri ilə xal fərqinin azalmaması üçün səfərdən itkisiz qayıtmalıdı.

 

Turun ikinci gününə Qəbələdə yekun vurulacaq. Eyniadlı komanda “Sumqayıt”ı sınağa çəkəcək. Çempionluq iddiasında olan meydan sahibləri 11 turdu qol buraxan rəqibini növbəti dəfə məğlub etməlidi ki, liderlərdən uzaq düşməsin. Qələbə isə komandanı 1 pillə irəliləməsi üçün yetərli ola bilər. Lakin bunun üçün “Kəpəz”də xal itirməlidi.

 

XXI turun son oyunu bazara ertəsi baş tutacaq. Premyer Liqaya ötən yay yüksələn “Zirə” və “Rəvan” 3 xal üçün mübarizə aparacaq. 7 oyundu qələbə həsrətində olan sonuncular liderlər qrupunda olan debütantı büdrətməklə xal hesabını zənginləşdirmək niyyətindədi. Artıq 3 turdu heç-heçələri sıralayan autsayder məğlubiyyətsizliyə davam etməyə çalışacaq. “Zirə” isə mövqeyini qorumaq, liderə daha da yaxınlaşmaq üçün xal itirməməli və rəqiblərinin oyunlarının nəticəsini gözləməlidi.

 

 

Topaz Premyer Liqası

XXI tur

13 fevral (şənbə)

 

14:30. AZAL – “İnter”

Hakimlər: Elvin Əsgərov, Azər Əsgərov, Coşqun Həsənov, Ziya Nəsirov 
Mövsümün ilk yarısındakı oyunlar: 0:1, 0:2

AZAL Arena

 

17:00. “Neftçi” – “Xəzər Lənkəran”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Nail Nağıyev 
Mövsümün ilk yarısındakı oyunlar: 1:1, 2:0

8-ci km qəsəbə stadionu

 

14 fevral (bazar)

 

15:00. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Munis Abdullayev
Mövsümün ilk yarısındakı oyunlar: 2:3, 0:3

Gəncə şəhər stadionu

 

17:30. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov 
Mövsümün ilk yarısındakı oyunlar: 1:0, 2:2

Qəbələ şəhər stadionu

 

15 fevral (bazar ertəsi)

 

18:30. “Zirə” – “Rəvan”

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Ramil Diniyev 
Mövsümün ilk yarısındakı oyunlar: 2:1, 0:1

Zirə İdman Kompleksinin stadionu

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

20

12

5

3

31-13

41

2

Zirə   

20

9

8

3

20-14

35

3

Kəpəz     

20

8

 8

4

24-17

32

4

Qəbələ     

20

8

7

5

25-16 

31

5

İnter   

20

8

6

6

19-15 

30

6

Neftçi  

20

7

7

6

21-19

28

7

AZAL   

20

7

4

9

12-19

25

8

Sumqayıt   

20

3

9

8

23-31

18

9

Xəzər L  

20

3

4

13

10-27

13

10

Rəvan 

20

2

8

10

13-27

8

 

* "Rəvan"ın hesabından 6 xal silinib


Bombardir: Riçard Almeyda (“Qarabağ”) – 8.

 

 

0