[b]“Dnepr”in sabiq üzvü “Xəzər Lənkəran”la anlaşdı[/b]
12.02.2016 - 12:38
[b]“Dnepr”in sabiq üzvü “Xəzər Lənkəran”la anlaşdı[/b]

“Dnepr”in sabiq futbolçusu Bayram Budaqov “Xəzər Lənkəran”ın əvəzedici heyətində oynamaq təklifini qəbul edib. Bu barədə apasport.az saytına “ağ-yaşıllar”ın əsas komandasının baş məşqçisi Elbrus Məmmədov məlumat verib.

 

Bir neçə gün “Xəzər Lənkəran”ın düşərgəsində baxışda olan Budaqov məşqçilər korpusu tərəfindən tam bəyənilməmişdi. Daha dəqiq desək, Məmmədov 22 yaşlı hücumçunun keyfiyyətlərindən razı qalsa da, Budaqovun hazırkı forması onu qane etməmişdi.

 

Bu səbəbdən 44 yaşlı çalışdırıcı 19 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq üzvünə bir müddət “Xəzər Lənkəran”ın əvəzedici heyətində oynamağı, formaya düşdükdən sonra isə əsas heyətə cəlb olunmağı təklif edib. Budaqov baş məşqçinin təklifinə razılıq verib.

 

Tərəflər arasında gələn həftə 1 illik müqavilə imzalanacaq. Məmmədovun sözlərinə görə, sözləşmənin detalları artıq razılaşdırılıb: “Bayramla 6 ay + 6 ay formatında 1 illik müqavilə bağlayacağıq. Yəni cari mövsümün sonuna qədər özünü doğrultsa və biz istəyən formanı yığsa, sözləşməsinin müddətini uzadacağıq. Oyun praktikası futbolçu üçün çox vacibdi. Məhz bu səbəbdən ona əsas heyətlə məşq edib, bir müddət əvəzedici komandada oynamağı təklif etdim. Bayram bu təklifimi qəbul etdi”.  

0