[b]“Kəpəz” – “Qarabağ” : Ya 1:0, ya xal itkisi...[/b]
12.02.2016 - 13:12
[b]“Kəpəz” – “Qarabağ” : Ya 1:0, ya xal itkisi...[/b]

Topaz Premyer Liqasının XXI turunun mərkəzi görüşünü Ömər Paşayev idarə edəcək. Apasport.az saytının məlumatına görə, “Kəpəz” – “Qarabağ” matçı onun cari mövsüm təyinat aldığı 12-ci çempionat matçı olacaq.

 

Paşayevin fit çaldığı 11 oyunda meydan sahibləri 4, qonaqlar 3 qələbə qazanıb, 4 dəfə heç-heçə qeydə alınıb. Hər iki tərəf 10 qol sevinci yaşayıb. Maraqlıdı ki, meydan sahiblərinin bütün qələbələri eyni – 1:0 hesabı ilə nəticələnib.

 

O, bu matçlarda 50 vərəqə göstərib ki, həm ev sahibi, həm səfərdə oynayan tərəf eyni qədər cəzalanıb. Lakin qırmızı vərəqə sayında fərq diqqət çəkir. Paşayev meydan sahiblərinin lehinə 1, əleyhinə 3 belə qərar verib. Lakin onun təyin etdiyi hər iki penalti zərbəsi qonaqların qapısına vurulub.

 

Paşayev “Qarabağ” üçün uğursuz hakim sayılır. Ağdamlılar onun idarə etdiyi 3 matçda 4 xal toplayıb. “Rəvan”ı 1 qolla keçən Qurbanovun yetirmələri “Neftçi”yə eyni hesabla uduzub və “Sumqayıt”la matçda xal itirib – 2:2. Bu görüşlərdə “Qarabağ”ın rəqiblərinə 9 sarı vərəqə göstərən referi ağdamlıları 1-i qırmızı olmaqla, 5 vərəqə ilə cəzalandırıb. O, sumqayıtlılarla qarşılaşmada Raydell Puponu cəzalandırıb ki, bu da əyalət klubunun mövsümdəki yeganə belə vərəqəsidi.

 

3-cü dəfə Gəncəyə yollanan Paşayev “Kəpəz”in “Xəzər Lənkəran” (1:1) və “Neftçi” ilə (1:0) qarşılaşmalarında ədaləti qoruyub. Birinci oyunda cəzaya ehtiyac görməyən referi digər görüşdə meydan sahiblərinə 3, qonaqlara 8 vərəqə göstərib. Hər iki komanda da matçı 10 nəfərlə başa vurub. “Kəpəz”in heyətində Tural Nərimanov onun qəzəbinə tuş gələrək, birbaşa qırmızı vərəqə alıb.

 

0