[b]“Neftçi” Mpenza ilə borc məsələsində razılığa gəldi[/b]
12.02.2016 - 13:23
[b]“Neftçi” Mpenza ilə borc məsələsində razılığa gəldi[/b]

“Neftçi” sabiq futbolçusu Emil Mpenza ilə razılığa gəlib. Apasport.az saytının məlumatına görə, paytaxt klubu FİFA-ya şikayət edən belçikalının problemini qismən həll edib.

 

Belə ki, “ağ-qaralar”ın Mpenza ilə danışıqları müsbət nəticələnib. FİFA-nın borcun ödənilməsi ilə bağlı vaxt qoyduğu son gündə tərəflər arasında razılıq əldə olunub.

 

Gecə saatlarında Mpenza ona olan borcun hissə-hissə ödənilməsi ilə bağlı müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, Mpenza 2012-ci ilin yanvarında keçirilmiş təlim-məşq toplanışı zamanı komandanın düşərgəsindən ayrıldıqdan sonra "Neftçi" tərəfindən FİFA-a şikayət olunub. Eyni zamanda, futbolçunun özü də ali futbol qurumuna şikayətlə müraciət edib. FİFA-nın problemli məsələlərin həlli komissiyası məsələni araşdırmağa başlayıb və məhkəmə prosesinin nəticəsi kimi 2015-ci ilin yanvarında Mpenzaya təxminən 800 min ABŞ dolları məbləğində təzminat ödənilməsi ilə bağlı qərar çıxarılıb.

 

0