[b]“Daha güclü rəqib düşə bilərdi” - Elxan Məmmədov[/b]
12.02.2016 - 15:58
[b]“Daha güclü rəqib düşə bilərdi” - Elxan Məmmədov[/b]

“Dünya çempionatının pley-off mərhələsinin püşkatmasında Azərbaycan millisinə daha çətin rəqib düşə bilərdi. Hollandiya yığmasını isə keçib, final mərhələsinə yüksəlmək olar”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

Futzal üzrə DÇ-2016-nın pley-off mərhələsinin bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən püşkatmasına münasibət bildirən Məmmədov yığmamızın Hollandiya səddini adlamasını mümkün sayır: “Komanda qarşıdakı oyunlara arxayınlaşıb, rahat çıxmamalıdı. Eyni zamanda, futzalçılar Avropa çempionatındakı məğlubiyyəti unutmalıdı. Rusiyaya yenilginin yaratdığı psixoloji çətinliyi arxada qoyub, Hollandiya ilə görüşlərə daha əmin, sakit çıxmaq lazımdı. Pley-offa qədər yığmanın gücləndirilməsi məqsədilə hər hansı dəyişikliyin olub-olmayacağını deyə bilmərəm. Bununla bağlı futzal federasiyası ilə görüşüb, müzakirə edəcəyik. Nəzərə almaq lazımdı ki, Hollandiya ilə matçlaradək vaxtımız da çox azdı. Hazırlıq məqsədilə yoxlama oyununun keçirilməsi məsələsini də baş məşqçi Tino Pereslə gələn həftəyə planlaşdırılan görüşdə müzakirə edəcəyik”.

 

Məmmədov yığmamızın Serbiyada keçirilən AVRO-2016-nın final mərhələsindəki çıxışını da dəyərləndirib: “Milli komandanın final mərhələsinə çıxması müsbət haldı. Bu, ardıcıl 4-cü dəfə təkrarlanır. Komandamız əvvəlki final mərhələlərində yarımfinaladək irəliləməyi də bacarıb. Yığmamızın həmin nəticəsini əsas gətirib, yenə ən azı yarımfinala qədər irəliləyəcəyini gözləyirdik. Amma 1/4 finalda Rusiyaya uduzan komanda bu vəzifənin öhdəsindən gələ bilmədi. Buna baxmayaraq, turnirdə keçirdiyi qarşılaşmalarda yaxşı mübarizə aparan komandamız qrupdan çıxmağı bacarıb. Nəzərə almaq lazımdı ki, Avropa çempionatında qitənin ən güclü komandaları mübarizə aparır. Bu üzdən yığmamızın bu mərhələyə çıxmasını da uğur saymaq olar”.

 

 

0