“Qəbələ”də "oruc” tutan futbolçu Yunanıstan klubunda
12.02.2016 - 16:26
“Qəbələ”də "oruc” tutan futbolçu Yunanıstan klubunda

Ötən il “Qəbələ”dən ayrılan Ruslan Fomin karyerasını Yunanıstanda davam etdirəcək. Apasport.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, Azərbaycandakı karyerası uğurlu alınmayan 30 yaşlı hücumçu Qazaxıstanın “Atırau” klubunda da özünü doğrulda bilməyib.

 

Nəticə qazaxlar da Fominlə yolları ayırmaq qərarına gəliblər. Belə olan halda, ukraynalı futbolçu Yunanıstana üz tutub. O, bu ölkənin ikinci liqa təmsilçisi “Smirnis”lə anlaşıb.

 

Məlumatı futbolçu ilə əməkdaşlıq edən tanınmış agent Vadim Şabli də təsdiqləyib. O, Fominin müqavilə imzaladığı “Smirnis” klubunun qarşısına yüksək dəstəyə çıxmaq vəzifəsi qoyduğunu bildirib.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 15 oyunda qol "oruc"u tutan Fomin Qazaxıstan çempionatında keçirdiyi 12 matçda da “ənənəsinə sadiq qalıb”.

 

 

0