Messiyə növbəti mükafat - FOTO
12.02.2016 - 17:17
Messiyə növbəti mükafat - FOTO

“Barselona”nın hücumçusu Lionel Messi növbəti mükafatını qazanıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, argentinalı futbolçu La Liqada yanvar ayının ən yaxşısı seçilib.

 

Kataloniya klubu ötən ay ölkə çempionatında keçirdiyi 5 matçın 4-də qələbə qazanıb, 1-də heç-heçə edib. Leo isə “Qranada” ilə qarşılaşmada het-trik etməklə yanaşı, “Atletik”, “Atletiko” və “Malaqa” ilə görüşdə də qol vurub.

 

Yanvar ayının ən yaxşı baş məşqçisi adına isə “Sevilya”nın çalışdırıcısı Unai Emeri layiq görülüb. 44 yaşlı mütəxəssisin komandası yanvarda keçirdiyi 4 görüşdə 3 qələbə qazanıb və 12 mümkün xaldan 10-nu toplayıb.

 

Emeri məşqçilik karyerası ərzində 3-cü dəfə ayın ən yaxşı baş məşqçisi seçilirsə, Messi karyerasında ilk dəfə bu mükafata layiq görülür.

 

Qeyd edək ki, İspaniyada ayın ən yaxşı baş məşqçisi və futbolçusu 2013-cü ildən bəri seçilir.

0