[b]“Azərbaycan və ya Ukrayna ilə qarşılaşmaq istəyirdik” – Serbiya millisinin baş məşqçisi[/b]
12.02.2016 - 18:09
[b]“Azərbaycan və ya Ukrayna ilə qarşılaşmaq istəyirdik” – Serbiya millisinin baş məşqçisi[/b]

“Mənim üçün həmişə 1-ci səbətdən çıxan istənilən rəqib problemli ola bilər. Bu aydın məsələdi ki, ən pisi İspaniya ilə düşməyimiz olardı. Digər komandaların hamısına qarşı oynamaq mümkündü ki, bunu da AVRO-2016-da sübut etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Serbiya millisinin baş məşqçisi Atsa Kovaçeviç deyib.

 

Təcrübəli mütəxəssis DÇ-2016-nın pley-off mərhələsinin bu gün keçirilən püşkatmasının nəticələrini dəyərləndirib. Kolumbiyadakı yarışa vəsiqə üçün Portuqaliya ilə mübarizə aparacaq serbiyalılar püşkün nəticəsindən narazı qalıb: “Püşk elə bir şeydi ki, qismətindəkindən qaça bilməzsən. Bizim üçün iki komanda daha münasib rəqib idi. Bu üzdən də Azərbaycan və ya Ukrayna ilə qarşılaşmaq istəyirdik. Lakin arzumuz gerçəkləşmədi və Portuqaliya ilə görüşəcəyik. Avropa çempionatında olduğu kimi yenə onlara qalib gəlməyə çalışacağıq. Evdə qələbə əldə edib, səfərdə üstünlüyü qorumaq haqda düşünürük. Bizim cütdə aşkar favorit yoxdu. Bəlkə də rəqibin cüzi üstünlüyü var. Amma ilk qarşılaşma çox vacib olacaq. Açığı biz digər səbətdə yer almalı və Hollandiya, Macarıstan kimi rəqib haqda düşünmüəliydik”.


Qeyd edək ki, Serbiya millisi Belqradda keçirilən AVRO-2016-da 3-cü yer uğrunda qarşılaşmada Qazaxıstanla görüşəcək.

 

 

0