Azərbaycan və Hollandiya yığmalarının fərqi
12.02.2016 - 18:41
Azərbaycan və Hollandiya yığmalarının fərqi

Futzal üzrə Avropa çempionatının yarımfinal oyunlarından sonra milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda cüzi dəyişikliklər olub.

 

Yarımfinaladək irəliləyib, bu mərhələdə İspaniyaya 3:5 hesabı ilə uduzan Qazaxıstan irəliləyişə nail olub. Kakaunun yetirmələri Azərbaycan yığmasını da keçib.

 

1/4 finalda Rusiyaya 3:6 hesabı ilə məğlub olan millimiz 6 xal itirib. Lakin komandamız mövqeyini qoruyub ki, bu da Kolumbiyanın geriləməsi sayəsində mümkün olub. Hazırda 1395 xala malik Tino Peresin yetirmələri dünyanın 12-ci komandasıdı.

 

DÇ-2016-nın pley off mərhələsində komandamızın rəqibi olan Hollandiya isə 1237 xalla planetin 22-cisidi. Yığmamız rəqibindən 10 pillə öndə qərarlaşıb.

 

Qeyd edək ki, ümumilikdə 154 komandanın yer aldığı siyahıya İspaniya başçılıq edir – 1935 xal.

 

Dünyanın ən güclü 15 millisi

1. İspaniya - 1935

2. Braziliya - 1912

3. Rusiya – 1753

4. İtaliya – 1656

5. Argentina – 1635

6. İran - 1610

7. Portuqaliya - 1550

8. Ukrayna – 1484

9. Yaponiya – 1430

10. Serbiya - 1427

11. Qazaxıstan – 1408

12. AZƏRBAYCAN – 1395

13. Kolumbiya – 1384

14. Paraqvay – 1360

15. Sloveniya – 1336

 

 

0