Avropa çempionatının yarımfinalçısı karyerasını başa vurdu
12.02.2016 - 22:21
Avropa çempionatının yarımfinalçısı karyerasını başa vurdu

Türkiyə milli komandasının və “Fənərbaxça”nın sabiq üzvü Uğur Boral futbolçu karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi 33 yaşında bu qərarı verib.

 

Sonuncu klubu “Beşiktaş” olan Boral “qara qartallar”dan ayrıldıqdan sonra klubsuz qalmışdı. Onun karyerasını başa vurmasında əsas səbəblərdən biri də elə bu olub.
 

Qeyd edək ki, 17 dəfə Türkiyə millisinin formasını geyinən Uğur “ay-ulduzlular” ilə birlikdə 2008-ci ildə Avropa Çempionatında yarımfinal oynamışdı.

 

Keçmiş yarımmüdafiəçi karyerası ərzində "Alibəyköyspor", "Kocaelispor", "Gənçlərbirliyi", "Ankaraspor", "Fənərbaxça", "Samsunpsor" klublarında da çıxış edib.

0