[b]"Neftçi" - "Xəzər Lənkəran" oyununa xüsusi diqqət[/b]
13.02.2016 - 11:16
[b]"Neftçi" - "Xəzər Lənkəran" oyununa xüsusi diqqət[/b]

AFFA Məşqçilər Komitəsinin üzvləri klubların düşərgələrini gəzməkdə davam edirlər. Apasport.az saytının məlumatına görə, komitə üzvləri bu gün daha bir kluba baş çəkəcəklər.

 

Dünən AZAL-ın bazasında olan və baş məşqçi Tərlan Əhmədovla görüşən mütəxəssislər bu gün “Zirə”nin düşərgəsinə baş çəkəcəklər. Vaqif Sadıqovun sədrlik etdiyi komitə klub rəhbərliyi və baş məşqçi Adil Şükürovla görüşməyi, ölkə futbolu ilə bağlı bir sıra mövzuları birlikdə müzakirə etməyi planlaşdırır. Şükürov komandada görülən işlərlə bağlı onları məlumatlandıracaq, komandanın strategiyası müzakirə olunacaq.

 

Ardından isə komitə üzvləri Topaz Premyer Liqasının XXI turu çərçivəsində bu gün baş tutacaq “Neftçi” – “Xəzər Lənkəran” matçını izləmək üçün 8-ci kilometr qəsəbə stadionuna yollanacaqlar.

 

Qeyd edək ki, AFFA Məşqçilər Komitəsində Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şakir Qəribov və Böyükaga Hacıyevdən ibarət məşqçi heyəti fəaliyyət göstərir.

0