[b]“İnter”in borcu açıqlandı[/b]
13.02.2016 - 12:38
[b]“İnter”in borcu açıqlandı[/b]

Milan “İnter”inin sahibi Erik Tohir klubun səhmlərini satmağa hazırdı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, indoneziyalı iş adamını bu addımı atmağa klubun borcu məcbur edir.

 

Təsadüfi deyil ki, ötən ilin hesablamlarına görə, “İnter”in ümumilikdə 417 milyon avro borcu var. Bu borcun 230 milyonu banka, 68 milyonu idman təchizatları üçündü. Həmçinin italyanların digər klublara 11 milyon, hazırkı sahib Erik Tohirə isə 108 milyon avro borcu var.

 

Tohir klubu maliyyə böhranından çıxarmaq üçün çinli iş adamlarına səhmləri almağı təklif edib. O, bununla bağlı köməkçisinə konkret göstərişlər də verib.

 

Qeyd edək ki, “İnter” təkcə 2014/15 mövsümündə 140 milyon avro zərər görüb.

0