Məsut Özil “Arsenal”ın yeni müqavilə təklifini qəbul etmədi
13.02.2016 - 14:42
Məsut Özil “Arsenal”ın yeni müqavilə təklifini qəbul etmədi

“Arsenal” aparıcı futbolçusu Məsut Özilə yeni müqavilə təklif edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, almaniyalı yarımmüdafiəçinin cavabı gözlənilməz olub.

 

“Topçular” 28 yaşlı oyunçu ilə anlaşmanın müddətini 2021-ci ilə qədər uzatmaq fikrinə düşüblər. Lakin onların ilk təklifi futbolçunun ürəyincə olmayıb. “Yox” cavabını verən Özil məvacibinin artırılmasını tələb edib. Əks təqdirdə, Türkiyə əsilli futbolçu daha sərfəli təklif edəcək başqa kluba keçə biləcəyini istisna etməyib.

 

Qeyd edək ki, “Arsenal”la hazırkı müqavilə müddəti 2018-ci ilin yayına qədər olan Məsut Özil bu mövsüm 6 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

0