[b]“İnter”in 3 illik seriyası “AZAL Arena”da qırıldı[/b]
13.02.2016 - 16:49
[b]“İnter”in 3 illik seriyası “AZAL Arena”da qırıldı[/b]

Topaz Premyer Liqasının XXI turu “İnter” üçün uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, “bankirlər”in AZAL-la səfər matçında qol vura bilməməsi seriyanın qırılması ilə nəticələnib.

 

Məsələ burasındadı ki, “İnter” “təyyarəçilər”ə qarşı keçirdiyi son 10 görüşün hamısında rəqib qapısına yol tapa bilmişdi. AZAL düz 3 il 2 aydan sonra rəqib qarşısında qapısını toxunulmaz saxlaya bilib.

 

Qolsuz bərabərlik həmçinin “İnter”in AZAL üzərində ardıcıl 3 qələbəlik seriyasına da son qoyub. AZAL-ın paytaxt derbisindəki qalibiyyətsizlik seriyası isə 10 oyuna çatıb.

0