[b]Yeni transferlərdən ilk qol[/b]
13.02.2016 - 17:08
[b]Yeni transferlərdən ilk qol[/b]

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXI turun daha iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, günün hər iki qarşılaşması əyalətdə baş tutub.

 

Lider “Qəbələ” doğma arenasında ən yaxın izləyicisi olan “Sumqayıt”ı qəbul edib. “Sumqayıt”ın yeni transferi Rasim Ramaldanov bu görüşdə fərqənməsinə baxmayaraq, bunun komandaya bir xeyri olmayıb. İlk hissədə rəqibi iki dəfə mərkəzə dəvət edən “qırımızı-qaralar” liderliyini möhkəmlədib.

 

Eyni xala malik “Kəpəz”lə “Qarabağ”ın duelində isə tərəflər hərəyə 1 qol vuraraq, aktivlərinə 1 xal yazdırıblar. “Kəpəz”in yeganə qoluna yeni transfer Orxan Əliyev imza atıb.

“Qəbələ” - “Sumqayıt” - 2:1
Qollar: Ehtiram Şahverdiyev, 20; Ramil Hasanov, 44 - Rasim Ramaldanov, 74
 

“Kəpəz” - “Qarabağ” - 1:1
Qollar: Orxan Əliyev, 50 - Elçin Rəhimli, 90+2

0