[b]Elbrus Məmmədov: Oyunun sonunda qol buraxmaq adamı "yandırır"[/b]
13.02.2016 - 19:12
[b]Elbrus Məmmədov: Oyunun sonunda qol buraxmaq adamı "yandırır"[/b]

"Gərgin oyun getdi. Rəqibi qələbə münasibətilə təbrik edirəm". Apasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Elbrus Məmmədov deyib.

 

Topaz Premyer Liqasının XXI turu çərçivəsində bu gün keçirilən "Neftçi" - "Xəzər Lənkəran" matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdan sonra oyunla bağlı fikirlərini bölüşən "ağ-yaşıllar"ın çalışdırıcısı komandasından razılığını bildirib: "Təcrübəsizliyə görə uduzduq. Oyunun sonunda qol buraxmaq adamı "yandırır". Belə olmasını istəməzdik. Amma uşaqlardan narazılığım yoxdu. Sona qədər çalışdılar, meydanı məğlub tərk etməmək üçün əllərindən gələni etdilər. Lakin istədiyimiz nəticəyə imza ata bilmədik".

("CBC-Sport")

0