[b]"Qəbələ" yenidən liderlər qrupunda - YENİLƏNİB[/b]
14.02.2016 - 19:20
[b]"Qəbələ" yenidən liderlər qrupunda - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında XXI turun daha iki qarşılaşması baş tutub. Apasport.az saytının məlumatına görə, hər iki matç əyalətdə keçirilib.

 

Turnir cədvəli baxımından turun mərkəzi oyunu Gəncədə oynanılıb. Bu matça qədər ilk “üçlük”də qərarlaşan “Kəpəz”lə lider “Qarabağ” münasibətlərini aydınlaşdırıblar. 7 turdu uduzmayan qərblilər öz meydanında məğlub olaraq, bir pillə geriləməli olublar. Qonaqlar hesabı erkən açsalar da, hissənin sonunda Namiq Ələsgərov müqavilə ilə məxsus olduğu komandanı məyus edərək, status-kvonu bərpa edib. Qurban Qurbanovun yetirmələri sona 10 dəqiqə qalmış qələbə qolunu vura biliblər.

 

Turun ikinci gününə Qəbələdə yekun vurulub. Eyniadlı komanda “Sumqayıt”ı sınağa çəkib. Roman Qriqorçukun yetirmələri ikinci hissədə vurduğu yeganə qolla qalib gəliblər. Ermin Zets meydan sahiblərinə 3 xalı qazandırıb.

 

Bu nəticə ilə xalını 33-ə yüksəldən meydan sahbiləri yenidən bir müddətdi uzaq düşdükləri liderlər qrupuna dönüblər.

 

 

Topaz Premyer Liqası

XXI tur

14 fevral (bazar)

 

“Qəbələ” – “Sumqayıt” - 1:0

Qol: Ermin Zets, 69

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov 
Mövsümün ilk yarısındakı oyunlar: 1:0, 2:2

Qəbələ şəhər stadionu

 

“Qəbələ”: 22. Dmitri Bezotosni, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 19. Aleksey Qay (k), 21. Arif Daşdəmirov, 32. Rəşad Eyubov, 44. Rafael Santos, 66. Samir Zərgərov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 18. Vadim Abdullayev, 20. Rikardinyo, 25. Qismət Alıyev, 34. Urfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk

 

“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 24. Amit Quluzadə , 25. Ayaz Mehdiyev, 29. Amil Yunanov, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov 

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 7. Pərdis Fərcad-Azad, 8. Nicat Muxtarov, 10. Uğur Pamuk, 97. Xəyal Nəcəfov, 99. Rasim Ramaldanov

Baş məşqçi: Samir Abasov

 

“Kəpəz” – “Qarabağ” - 1:2

Qollar: Namiq Ələsgərov, 45 - Rəşad Sadıqov, 9, Əfran İsmayılov, 82

 

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Munis Abdullayev
Mövsümün ilk yarısındakı oyunlar: 2:3, 0:3

Gəncə şəhər stadionu

 

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 9. Namiq Ələsgərov, 7. Junior Osvaldo, 80. Tural Rzayev, 90. Julien Ebah

Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 27. Bəxtiyar Soltanov, 21. Xəzər Qəribov, 99. Əli Səmədov, 4. Elvin Cəbrayıllı


 
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 67. Əl Hərbi Əl Jadeyui, 77. Cavid Tağıyev, 97. Mahir Mədətov

 

Turnir cədvəli

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

21

13

5

3

33-14

44

2

Zirə   

20

9

8

3

20-14

35

3

Qəbələ     

21

9

7

5

26-16 

33

4

Kəpəz     

21

8

 8

5

25-19

32

5

İnter   

21

8

7

6

19-15 

31

6

Neftçi  

21

8

7

6

22-19

31

7

AZAL   

21

7

5

9

12-19

26

8

Sumqayıt   

21

3

9

9

23-32

18

9

Xəzər L  

21

3

4

14

10-28

13

10

Rəvan 

20

2

8

10

13-27

8

 

* "Rəvan"ın hesabından 6 xal silinib


Bombardir: Riçard Almeyda (“Qarabağ”) – 8.

0