[b]Nikolas Kanales nömrəsini seçdi[/b]
14.02.2016 - 14:30
[b]Nikolas Kanales nömrəsini seçdi[/b]

Çilili futbolçu Nikolas Kanalesin “Neftçi”yə keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Kanales paytaxt təmsilçisi ilə mövsümün sonunadək müqavilə imzalayıb. 


Mərkəz hücumçusu "Neftçi"də 9 nömrəli formanı geyinəcək. 

Xatırladaq ki, Çili milli komandasının (1 oyun) və U-20 yığmasının (13 oyun, 6 qol) sabiq üzvü Nikolas Kanales 2012-2013, 2014-2015-ci illərdə “Neftçi”nin heyətində çıxış edib.

 

(klub saytı)

0