Azərbaycanlı atlet Ukraynada ikinci oldu
19.02.2016 - 11:17
Azərbaycanlı atlet Ukraynada ikinci oldu

Kiyevdə atletika üzrə Ukraynanın açıq kuboku keçirilib. Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan Rahib Məmmədovla təmsil olunub.

 

Yığmamızın üzvünün kubokdakı iştirakı uğurlu alınıb. O, 60 m məsafəyə sədlərlə qaçışda finiş xəttinə ikinci çatıb. Həmyerlimiz bu məsafəni 8,15 saniyəyə qət edib. 

0