[b]Nizami Paşayev Avropa çempionatı üçün heyəti açıqladı[/b]
24.03.2016 - 11:43
[b]Nizami Paşayev Avropa çempionatı üçün heyəti açıqladı[/b]

Ağır atletika üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmada Miroslav Çorosu əvəzləyən yeni baş məşqçi Nizami Paşayev Avropa çempionatı üçün 12 ağırlıqqaldırana dəvət göndərib.

 

O, aprelin 9-17-də Norveçdə baş tutacaq yarışda Mərziyyə Məhərrəmova (48 kq), Gülçin Əlizadə (53 kq), Boyanka Kostova (58 kq), Elnurə Abbasova, Firuzə İbrahimova (hər ikisi 63 kq), Elmar Əliyev (56 kq), Allahyar Abışov (62 kq), Sərdar Həsənov (69 kq), Əfqan Bayramov (77 kq), Rövşən Fətullayev, Nailxan Nəbiyev (hər ikisi 94 kq) və Azər Məmmədlini (+105 kq) sınaqdan keçirəcək.

 

Rioya lisenziya xarakterli yarışa ümumilikdə 40 ölkədən 168 qadın, 228 kişi atlet qatılacaq.

 

Qeyd edək ki, Avropa çempionatında komanda hesabında 1-6-cı yerləri tutacaq ölkələr 1 vəsiqəyə yiyələnəcəklər.

0