Avropa çempionatında ilk “onluğa” düşə bilmədi
12.04.2016 - 09:17
Avropa çempionatında ilk “onluğa” düşə bilmədi

Norveçin Fyorde şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə də podiuma çıxan Azərbaycan millisinin üzvləri medal qazana bilməyiblər.

 

Belə ki, 62 kq çəki dərəcəsində mübarizə aparan Allahyar Abışov birdən qaldırma hərəkətlərində 3 cəhddən cəmi 1-ni uğurla bitirib. O, 121 kq çəkini ram etməklə B qrupunda 1-ci, ümumilikdə 9-cu olub.

 

Abışov təkanla qaldırmada 10-cu yeri tutub. Həmyerlimiz ilk yanaşmasında 142 kq çəkini başı üzərinə qaldırsa da, ardınca sifariş etdiyi 151 kq çəkinin öhdəsindən gələ bilməyib.

 

Toplamda 263 kq (121 kq + 142 kq) toplayan Allahyar 18 idmançı arasında 11-ci olub.

 

Qeyd edək ki, ondan öncə körpücük üzərinə çıxan Elmar Alıyev (56 kq) 7-ci, Mərziyyə Məhərrəmova (48 kq) 11-ci və Gülçin Əlizadə (53 kq) 20-ci pillədə qərarlaşmışdı. Yarış isə aprelin 17-də başa çatacaq.

0