[b]"Yeni rekordu Olimpiadaya saxlamışam" - Boyanka Kostova[/b]
18.04.2016 - 10:02
[b]"Yeni rekordu Olimpiadaya saxlamışam" - Boyanka Kostova[/b]

Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostovanın apasport.az saytına müsahibəsi

 

- Norveçin Fyorde şəhərində keçirilən Avropa çempionatında 3-cü dəfə qitənin ən güclüsü tituluna yiyələndiz. Bu uğuru qazanacağınızı gözləyirdizmi?

- Bəli, gözləyirdim. Çünki yarışa çox yaxşı hazırlaşmışdım. Bunu təşkil etdiyi üçün federasiyamızın prezidenti Cahangir Əsgərov, məşqçim Nizami Paşayev, “Neftçi” İdman Klubuna təşəkkür edirəm.

 

- Amma hazırlığa yığma ilə birgə başlamamışdız. Buna rəğmən asanlıqla qızıl medala yiyələndiz. Belə çıxır ki, Avropada sizə layiqli rəqib yoxdu?

- Razıyam. Avropada mənim ciddi rəqibim yoxdu. Bunu yarışda da sübut etdim. Toplamda ikinci yerdə qərarlaşan rumıniyalı idmançını 30 kq qabaqladım.

 

- Biz hər yarışda sizin rekord vurmağınıza alışmışıq. Bu dəfə isə azarkeşlərinizə bu sevinci yaşatmadız. Bunu nə ilə əlaqələndirərdiz?

- Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Yeni rekordu Olimpiadaya saxlamışam. Bunu Rioda müəyyənləşdirəcəm.

 

- Amma təkanla qaldırmada üçüncü cəhdinizi yerinə yetirməkdən imtina etdiz. Çempion olsaz da, rekord müəyyənləşdirmək imkanınız da vardı. Son cəhdinizdən imtina etməyiniz nə ilə bağlı idi?

- Ehtiyac görmədim. Onsuz da bütün Avropa rekordları mənə məxsusdu. Qarşıdakı yarışlarda bunları daha da yaxşılaşdırmağa çalışacam. 

0