[b]Madriddə sevinən "Atletiko" oldu - YENİLƏNİB[/b]
28.04.2016 - 00:37
[b]Madriddə sevinən "Atletiko" oldu - YENİLƏNİB[/b]

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində ikinci qarşılaşma baş tutub. Apaspot.az saytının məlumatına görə, “Bavariya İspaniyada “Atletiko”nun qonağı olub.

 

Gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Dieqo Simeonenin yetirmələri 11-ci dəqiqədə Nigezin vurduğu qolla Almaniyadakı cavab matçına minimalhesablı üstünlüklə yollanacaqlar.

 

1/4 finalda "Barselona"nı sıradan çıxardan "hindular" daha bir Avropa nəhəngini yolundan kənarlaşdırmaq əzmindədi.

 

Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyunlar

 

27 aprel

“Atletiko” (İspaniya) – “Bavariya” (Almaniya) - 1:0

Qol: Nigez, 11

Hakimlər: Mark Klattenburq, Simon Bek, Cek Kollin, Qari Besvik

Əlavə hakim köməkçiləri: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Madrid. “Visente Kalderon” stadionu

 

"Atletiko": Oblak, Felipe Luis, Koke, Qrizmann, Torres, Fernandes, Qabi (k), Saviç, Saul Niqes, Xuanfran, Ximenes

Ehtiyat oyunçular: Moya, Kranevitter, Korrea, Qames, Lukas Hernandes, Partey, Vietto

 

"Bavariya": Noyer, Tiaqo Alkantara, Xavi Martinez, Levandovski, Duqlas Kosta, Xabi Alonso, Bernat, Lam (k), Vidal, Alaba, Koman

Ehtiyat oyunçular: Ulrayx, Taşçı, Benatia, Riberi, Qötze, Müller, Kimmix

0