[b]“Hakimlər 15 xalımızı “oğurlayıblar” – Roman Qriqorçuk[/b]
27.04.2016 - 21:17
[b]“Hakimlər 15 xalımızı “oğurlayıblar” – Roman Qriqorçuk[/b]

“Düzünü deyim ki, mən meydanda baş verən hadisələrdən çox əsəbləşmişəm. İndi açıq danışacam, qoy elə məni cəzalandırsınlar”. Apapsort.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk matçında səfərdə “Neftçi” ilə bərabərliyə razılaşan əyalət klubunun çalışdırıcısı oyundan sonra “CBC Sport” kanalına açıqlamasında hakimlərdən narazılğını bildirib: “Hakimlər mövsüm ərzində bizim 15 xalımızı “oğurlayıblar”. Bu tendensiya bu gün də davaç etdi. Mən xahiş edirəm, kimsə bu halın qarşısını alsın”.

 

Ukraynalı çalışdırıcı mübahisəyə səbəb olan penalti epizodunu da şərh edib: “Mən bilmirəm indi Qayın psixoloji vəziyyəti nə yerdədi. UEFA kubokunun qalibi olmuş bir futbolçu bu cür hakimliklə qarşı-qarşıya qalır. Şəxsən mən ona görə çox narahatam. Təssüf ki, bu cür hakimliyi dəyişdirmək bizim qüvvəmiz xaricindədi”.

0