[b]“Mən daha çox özümüzdə səhvlər axtarıram” – Vəli Qasımov[/b]
27.04.2016 - 21:47
[b]“Mən daha çox özümüzdə səhvlər axtarıram” – Vəli Qasımov[/b]

“İlk yarıda istədiyimiz futbolu sərgiləmədik. Fasilədən sonra oyunda dönüş yarada bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşçqisi Vəli Qasımov deyib.

 

Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk qarşılaşmasında öz meydanında “Qəbələ” ilə qollu bərabərliyə razılaşan “ağ-qaralar”ın çalışdırıcısı oyundan sonra fikirlərini bölüşüb: “Ramosun yoxluğu oyunumuza mənfi təsir etdi, müdafiədə boşluqlar yaratdı”.

 

- Hakimlik barədə nə deyə bilərsiz?

- Hakimlik barədə danışmaq istəmirəm. Mən daha çox özümüzdə səhvlər axtarıram.

 

- Ailtonu ehtiyatda saxlayıb, sonradan meydana buraxmağınız nə ilə bağlı idi?

- Çox risk etmək istəmədim. Dediyim kimi, Ramosun olmaması müdafiədə problem yaradır. Ailton da hücumameyilli oyunçu olduğu üçün risk etmək istəmədim.

0