[b]“Qalatasaray” Avrokubok çempionudur![/b]
28.04.2016 - 01:21
[b]“Qalatasaray” Avrokubok çempionudur![/b]

İstanbulun “Qalatasaray” basketbol komandası Avropanın ikinci böyük klub turniri olan Avropa kubokunu qazanıb. Apasport.az saytının məlumatına görə, finalda “Starsburq”la qarşılaşan “sarı-qırmızılar” doğma meydanda qazandığı qələbə ilə kuboku başı üzərinə qaldırıb.

 

İlk oyunda səfərdə 62:66 məğlub olan “cim-bom” “Abdi İpəkçi” idman salonuna favorit kimi çıxmışdı. Ergin Atamanın yetirmələri möhtəşəm azarkeş dəstəyi altında fransızları 78:67 məğlub edərək 11 xallıq fərqlə sevinən tərəf olub.

 

Qeyd edək ki, bu turnirdə çempion olan “Qalatasaray” növbəti mövsümdən daha yuxarı səviyyəli çempionat olan Avroliqada çıxış etməyə haqq qazanıb.

0