[b]“Qalatasaray”ın gözü Bakı klubunda - FOTO[/b]
28.04.2016 - 10:02
[b]“Qalatasaray”ın gözü Bakı klubunda  - FOTO[/b]

Bolqarıstanlı voleybolçu Xristina Ruseva “Telekom” klubundan ayrıla bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb 25 yaşlı blokçunun “elçiləri”nin artmasıdı.

 

Belə ki, ötən il olduğu kimi Türkiyənin “Qalatasaray” klubu yenidən Rusevanın xidmətində maraqlıdı. Qonşu ölkə mətbuatının yazdığına əsasən, İstanbul təmsilçisi bolqarıstanlı ilə danışıqlara start verib. Həmçinin, İtaliya klubları da Xristinanı heyətində görmək arzusundadı. Lakin blokçunun hansı qərarı verəcəyi dəqiqləşməyib. Onun yeni mövsüm üçün yüksək iddiaları olan “Telekom”da qalacağı da istisna deyil.

 

Qeyd edək ki, Ruseva 2015/2016 mövsümünün gedişində zədələndiyindən Türkiyədə müalicəsini davam etdirir. 

0