[b]Yeni rekord, uğurlu və uğursuz seriyaların davamı...[/b]
28.04.2016 - 10:15
[b]Yeni rekord, uğurlu və uğursuz seriyaların davamı...[/b]

“Bavariya”nın müdafiəçisi Filipp Lam yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində “Atletiko” ilə qarşılaşmada meydana çıxmaqla, bu turnirdə 104-cü matçını keçirib.

 

Lam, bununla ÇL-də ən çox oyun keçirən almaniyalı futbolçu ünvanını ələ keçirib. 32 yaşlı müdafiəçiyə qədər rekord Münhen klubunun əfsanəvi qapıçısı Oliver Kanda olub. Lam bu turnirdə 103 görüş keçirmiş Kanın rekordunu yeniləyib.

 

“Atletiko”ya 0:1 hesabı ilə məğlub olan “Bavariya” isə ÇL-in qrupdan sonrakı mərhələlərində artıq 8-ci oyun idi ki, qələbə qazana bilmirdi. Münhenlilər son 8 belə görüşün 4-də heç-heçə edib, 4-də məğlub olublar.

 

O ki qaldı “Atletiko”ya, Dieqo Simeonenin yetirmələri Çempionlar Liqasında quru hesablı qələbə seriyasını davam etdirib. Təsadüfi deyil ki, madridlilər bu turnirdə son 16 qarşılaşmanın 14-də qapılarında top görməyiblər.

0