[b]Azərbaycan kubokunda ikihakimiyyətlilik[/b]
28.04.2016 - 10:23
[b]Azərbaycan kubokunda ikihakimiyyətlilik[/b]

Azərbaycan kubokunun bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində baş tutan qarşılaşmalardan sonra ən məhsuldar futbolçuların siyahısında ikihakimiyyətlilik yaranıb.

 

“Neftçi” ilə səfər matçında qol vuran Aleksey Qay mövsümdə 4-cü dəfə fərqlənməklə, elə “Neftçi”nin milliləşən legioneri Ruslan Qurbanova çatıb.

 

Hərəyə 4 qol vuran cütlüyü 1 top geri qalan iki hücumçu izləyir. “Qarabağ”ın əcnəbi oyunçusu Samuel Armenteros və “Zirə”nin qol silahı Nelson Bonilla liderlərdən minimal fərqlə geri qalır.

 

Lakin qol hesabını artırmaq imkanına malik Armenterosdan fərqli, komandası mübarizəni dayandıran Nelson elə 3-də qalacaq.

 

0