[b]“İnter” tarixində 10-cu biabırçılıq[/b]
28.04.2016 - 11:50
[b]“İnter” tarixində 10-cu biabırçılıq[/b]

Bakının “İnter” klubu tarixində 10-cu dəfə 4 və ya daha çox top fərqi ilə uduzub. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la ilk oyununda 4 cavabsız qol buraxan bakılılar bunadək 9 dəfə belə biabırçılıq yaşamışdı.

 

Həmin darmadağınlardan 7-si çempionat, 2-si kuboka təsadüf edib. Lakin əvvəlki 9 acınacaqlı yenilginin 8-i klubun “Xəzər Universiteti” adlandığı dövrə təsadüf edib.

 

2004-cü ildə yeni – indiki adına qovuşandan sonra isə “İnter” yalnız bir dəfə 4 və ya daha çox top fərqi ilə uduzmuşdu. Bu da 2010-cu il oktyabrın 16-da qeydə alınıb. 2020 gün əvvəl “bankirlər” AZAL qarşısında “ağ bayraq” qaldırmışdı – 0:5.

 

“İnter” həm də ən ağır ev məğlubiyyətini təkrarlayıb. Çempionatda heç vaxt öz meydanında 3-dən artıq top fərqilə uduzmayan bakılılar kuboka ikinci dəfə belə halla üzləşib. 1997/98 mövsümündə həvəskarlar liqasının təmsilçisi kimi kuboka qatılan “Xəzər Universiteti” MOİK-lə ev oyununda indiki kimi  0:4 hesabı ilə uduzmuşdu. Antirekordunu 19 il sonra təkrarlayan “bankirlər”in bu turnirdəki ən ağır yenilğisi də elə MOİK-lə həmin duelin ilk qarşılaşmasına təsadüf edib. “Hərbçilər” hələ “bankir” olmayan “tələbələr”i 6:1 hesabı ilə üstələyib.

 

 

0