[b]PSJ və “Borussiya” Bakıda futbolçu axtaracaq[/b]
28.04.2016 - 12:12
[b]PSJ və “Borussiya” Bakıda futbolçu axtaracaq[/b]

Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinə daha 6 klubun skautu gələcək. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, PSJ (Fransa), “Bornmut” (İngiltərə), PSV (Hollandiya), “Borussiya” (Mönhenqladbax, Almaniya), “Hamburq” (Almaniya), “Marsel” (Fransa) klublarının seleksiyaçıları da Bakıdakı yarışı canlı izləyəcəklər.

 

Onlar ölkəmizə səfər edəcəkləri ilə bağlı AFFA-ya müraciət ünvanlayıblar.

 

Qeyd edək ki, bundan öncə “Mançester Siti”, “Arsenal”, “Midlsbro, “Mançester Yunayted” (hamısı İngiltərə), “Sevilya” (İspaniya), “Bavariya” (Almaniya), “Monako” (Fransa), “Benfika”, “Porto” (hər ikisi Portuqaliya), “Zalsburq” (Avstriya) klublarının Azərbaycandakı yarışa gələcəkləri bəlli olmuşdu. 

 

 

 

0