[b]İngiltərədən PSJ-yə [/b]
28.04.2016 - 14:50
[b]İngiltərədən PSJ-yə [/b]

Mövsümün sonunda “Mançester Siti”ni tərk edəcək Manuel Pelleqrini məşqçilik fəaliyyətini Fransada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, çilili mütəxəssisin xidmətində PSJ maraqlıdı.

 

Paris klubunun rəhbərliyi baş məşqçi postunda dəyişiklik etmək niyyətindədi. Ölkə çempionluğunu təmin edən fransızlar buna rəğmən, Loran Blanla yolları ayırmağa qarşı deyillər.

 

Blanın rəhbərlik etdiyi komandanın Çempionlar Liqasında (ÇL) mübarizəni erkən dayandırması PSJ rəhbərliyini qane etməyib.

 

Qeyd edək ki, ÇL-də PSJ-ni mübarizədən məhz “Mançester Siti” kənarlaşdırmışdı. 

0