[b]“İnter” itkilərlə başladı - FOTOSESSİYA[/b]
28.04.2016 - 15:01
[b]“İnter” itkilərlə başladı - FOTOSESSİYA[/b]

Azərbaycan Kubokunun ilk yarımfinal oyununda dünən “Qarabağ”a böyük hesabla (0:4) məğlub olan “İnter” vaxt itirmədən Premyer Liqa matçının hazırlığına başlayıb. Apasport.az saytının məlumatına görə, komanda bu gün öz bazasında məşqləri bərpa edib.

 

Bugünkü məşqdə yalnız “Qarabağ”la görüşdə meydana çıxmayanlar iştirak ediblər. Oynayanlar isə trenajorda hazırlıq keçiblər. Zədəli futbolçulardan qapıçı Kamran Ağayev kollektiv, müdafiəçi İlkin Qırtımov və yarımmüdafiəçi Elnur Abdullayev isə fərdi hazırlıqla kifayətlənib.

 

Komandanın kapitanı Nizami Hacıyev hələ də həkim nəzarəti altındadı. Zədəsini sağaldan paraqvaylı hücumçu Sezar Meza Kolli də komanda ilə birlikdə məşq edir. Digər 4 oyunçudan fərqli, Sezar çempionat matçında məşqçilər kospusunun ixtiyarında olacaq.

 

Qeyd edək ki, “İnter” Topaz Premyer Liqasının XXXII turu çərçivəsində mayın 1-də “Sumqayıt”ı qəbul edəcək.

0